İstanbulda ard-arda bir neçə güclü zəlzələ olub I VİDEO

   İstanbulda ard-arda bir neçə güclü zəlzələ olub  I VİDEO
  23 Aprel 2025    Oxunub:489
Mərmərə dənizində ən şiddətlisi 6,2 bal gücündə olmaqla ard-arda bir neçə şiddətli zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkanların episentri İstanbulun Silivri rayonunun ərazi suları daxilindədir.

Məlumata əsasən, zəlzələlər yeli vaxtla saat 12:13 ilə 13:02 arasında 3.9, 6.2, 4.4 və 4.9 bal gücündə olub. Zəlzələlər İstanbul ilə yanaşı ətraf şəhər və rayonlarda da hiss edilib.



Hazırda İstanbulda kommunikasiya xidmətləri və yollarda sıxlıq yaşanır. Əhali təşviş içində park və toplanma sahələrinə yığışır. Ölkənin bütün aidiyyatı qurumları səfərbər edilib. Zəlzələdən sonra afterşokların davam etdiyi bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş zəlzələlərlə bağlı ölkənin daxili işlər, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi, səhiyyə nazirləri, eləcə də İstanbul valisi və AFAD rəhbərindən məlumat alıb.

AzVision.az



Teqlər:





Xəbər lenti