Məcburi köçkünlərin məskunlaşdığı evdə yanğın olub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 600 kv.m olan inzibati binanın 1-ci mərtəbəsində məcburi köçkünlərin məskunlaşdığı otaqda ev əşyaları və taxta konstruksiyalardan ibarət arakəsmə 25 kv.m sahədə yanıb. Otaqların qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.