Cəbhədə yaşayan uşaqlar Bakıya gətirilir
AQUPDK-nın mətbuat xidmətindən bildiriblər ki, bu məqsədlə avqustun 27 –dən sentyabrın 10-dək həmin bölgələrdən olan 120 uşağın Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay düşərgəsi təşkil ediləcək.
Düşərgə əsasən təmas xəttində yerləşən Tərtər, Ağdam, Goranboy, həmçinin Ağstafa və Tovuz rayonlarının Ermənistan ilə həmsərhəd kəndlərindən olan 10-16 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
İstirahət zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramlar həyata keçiriləcək. Düşərgədə qrup işi, fərdi liderlik qabiliyyətləri, biliklərin artırılması və s. sahələrdə uşaqların imkanların artırılması nəzərdə tutulub.