Cavid Qurbanov Moskvada planlarından danışdı

Cavid Qurbanov Moskvada planlarından danışdı
  21 Mart 2015    Oxunub:2045
Moskvada Azərbaycan və Rusiya dəmiryol rəhbərləri arasında ikitərəfli görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, görüşdə “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Vladimir Yakunin ölkələrimiz arasında hərtərəfli əlaqələrdən söz açıb. Bildirilib ki, dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə, o cümlədən dəmiryollar arasında da özünü göstərir. İnanırıq ki, Azərbaycan dəmiryolunun yeni rəhbərliyi bu əlaqələrin daha da genişlənməsi istiqamətində fəallıq nümayiş etdirəcək.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmiryolunda həyata keçirilən layihələr, qarşıda duran perspektiv vəzifələr barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan və Rusiya dəmiryolları arasındakı əlaqələr bundan sonra daha da genişlənəcək.
Sonra hər iki ölkənin dəmiryolları arasında cari və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti