İsa Qəmbərin seçki qərargahı toplandı

 İsa Qəmbərin seçki qərargahı toplandı
  13 Avqust 2013    Oxunub:1055
Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərin seçki qərargahı toplantı keçirib.
Seçki qərargahının üzvü Gülağa Aslanlının “Yeni Müsavat”a verdiyi məlumata görə, seçki qərargahının müəyyənləşdirdiyi imza toplayan şəxslər təkcə İsa Qəmbərə imza toplamaq üçün müəyyənləşməyib.

Onlar Milli Şuranın vahid namizədi seçkidə iştirak edəcəyi təqdirdə onun üçün də imza toplayacaqlar: “Həmin imza toplayanların hər iki situasiyaya hazır olacaqlar. Yəni Milli Şuranın vahid namizədi olacaqsa, onun üçün imza toplanacaq, əgər İsa Qəmbərin namizədliyi olacaqsa İsa bəy üçün imza toplayacaqlar”.


Teqlər:





Xəbər lenti