TQDK-dan abituriyentlərə müraciət

TQDK-dan abituriyentlərə müraciət
  13 Avqust 2013    Oxunub:1099
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-2014-cü tədris ili üzrə ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərə müraciət edib.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər.

Abituriyentlərin ixtisas seçimi avqustun 15-i saat 00:00 başa çatacaq.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər.

Bu gün saat 14:00-dək həmin abituriyentlərdən 30642 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.


Teqlər:





Xəbər lenti