REAL Milli Şuranın mitinqinə qoşulmayacaq
Bu barədə AzNews.az-a Hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib. O bildirib ki, Hərəkat olaraq MŞ-in mitinqini dəstəkləməsələr də, üzvlərinə bu mitinqdə iştirakla bağlı heç bir qadağa qoymayıblar: “Üzvlərimiz fərdi qaydada mitinqdə iştirak edə bilər. Ancaq REAL olaraq, Milli Şurada iştirak etmədiyimiz və mitinqin təşkilatçılarından biri olamadığımız üçün qurum olaraq mitinqdə iştirak etməyəcəyik”.
N.Cəfərli deyib ki, mitinq bəlli bir birliyin təşkil etdiyi mitinqdir.