İki türk jurnalisti Misirdə həbsxanada saxlanılır
Jurnalistlərin rəsmi statusu hələlik müəyyənləşməyib. Zəkəriyyə telefon bağlantısında bildirib ki, polis onları guya “izdihamdan qorumaq” məqsədilə zirehli maşına oturdub, lakin sonradan onların həbsxanaya aparıldığı müəyyənləşib.
Qeyd edək ki, Zəkəriyyə və Turan yüzlərlə islamçılarla birlikdə bir sutkayadək Qahirənin mərkəzindəki Əl-Fəth məscidində qalıb. TRT müxbiri gün ərzində bir neçə dəfə telefon vasitəsi ilə bağlantı yaradaraq son hadisələri canlı efirdə səsləndirib. Axşam saatlarında polis və hərbçilər məscidi boşaltdıqdan sonra jurnalistlərlə əlaqə tam kəsilib. Hadisə ilə bağlı TRT beynəlxalq KİV və təşkilatlara müraciət edərək jurnalistlərin taleyi barədə hər-hansı bir məlumat verilməsini xahiş edib.
AzVision.az
Teqlər: