Ramil Usubov gənc polislərlə görüşüb
“Bunun məntiqi nəticəsidir ki, hazırda respublikanın daxili işlər orqanlarında xidmət edən şəxsi heyətin 40 faizini, o cümlədən sıravi kiçik rəis heyətinin isə 51 faizini gənclərimiz təşkil edir. Sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşların vəzifədə irəli çəkilməsi, ümumilikdə, gənclərə lazımi diqqət və qayğının göstərilməsi ölkə rəhbərliyinin böyük önəm verdiyi əsas məsələlərdəndir. Həmin ali diqqət və yüksək etimadın əyani təzahürüdür ki, təkcə bu ilin ötən dövrü ərzində 1084 nəfər gənc, polis sıralarına qəbul edilərək işlə təmin ediliblər. Bu gün isə daxili işlər orqanlarında xidmətə yeni qəbul olunan 487 gənc, polis kimi şərəfli və məsuliyyətli bir dövlət qulluğunda fəaliyyətə məhz peşə hazırlığı kursu keçdikdən sonra başlayacaq.
Gənc əməkdaşlara çətin və şərəfli olan polis peşəsinin sirlərinin öyrədilməsi, peşəkar və bacarıqlı polis əməkdaşı formalaşdırmaq kimi bu təhsil ocağının üzərinə də böyük məsuliyyət düşür, - deyən nazir qeyd edib ki, məktəbin maddi-texniki bazası daha da yaxşılaşdırılmış, gənc əməkdaşlar üçün beynəlxalq standartlara uyğun lazımi şəraitin yaradılması təmin edilib”.
AzVision.az