Qida təhlükəsizliyinə nəzarət güclənir – TƏHLİL
Ona görə də, Prezidentin bu günlərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı Fərman böyük əhəmiyyətə malikdir. Ölkədə bu sahədə ayrıca strukturun yaradılmasına çoxdan ehtiyac vardı. Düzdür, bu sahədə bir sıra strukturlar müəyyən iş aparırdılar. Ancaq konkret bir mexanizm və dövlət siyasəti yox idi. Bazara tam nəzarət etmək mümkün deyildi.
Agentliyin tabeliyində qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparan, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirən, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlayaraq, aidiyyəti üzrə təqdim edən, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərən müvafiq tədqiqat İnstitutuna isə xüsusən ehtiyac hiss olunurdu.
Ümumiyyətlə, Fərmanda da qeyd edildiyi kimi, Qida Təhlükəsizliyi Agentliyi bir mərkəzi icra hakimiyyəti orqanı olaraq, qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək.
Ölkəmizdə məsələn, konkret olaraq istehsal edilən və ölkəyə idxal olunan qida məhsulları, habelə onları qablaşdırma materiallarının qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınması və reyestrinin aparılmasına, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verilməsi və bu sadə inkişafın təmin olunması, idarə edilməsinə zərurət böyük idi...
Çünki sözügedən istiqamətdə dövlət siyasəti olmadığından, bütövlükdə qeyri-neft sektorunun inkişafı üçün də əngəl mövcud idi. Məlumdur ki, iqtisadiyyatın inkişafında sözügedən sektor prioritet seçilmişdir.
Yeri gəlmişkən, əvvəlki şərhlərimdə yazmışdım ki, sahibkarlıq fəaliyyəti vətəndaşların sağlamlığına, millətin və dövlətin təhlükəsizliyinə üçün heç bir ziyan gətirməməlidir. Ölkədə məhz sağlam ruhda və təşəbbüsdə olan, gəlir gətirən fəaliyyətlə məşğul olanlar üçün əlverişli imkanlar yaradılmalı və bilavasitə, bu sahədə maraqlar inkişaf etdirilməlidir. Bundan kənarda bütün mövcud istəklər istər-istəməz lüzumsuz vasitəyə çevrilməlidir...
Bu mənada, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna münasibətdə də qeyd etmişdim ki, yoxlamaların dayandırıldığı müddətdə bilavasitə vergi yoxlamaları, o cümlədən insanların həyat, sağlamlığı, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlara təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamaların aparılmaqda davam etdirilməsi təqdirəlayiq haldır. Və bununla da sahibkarlıq fəaliyyəti nə qədər azad və şəffaf xarakter daşısa da dövlətin iqtisadi maraqlarına ziyan gətirməyəcək, milli və o cümlədən, ümumi təhlükəsizlik baxımından, heç bir mənfi əhəmiyyətli xarakter daşımayacaq. Qida Təhlükəsizliyi Agentliyi yarandıqdan sonra bu işdə də idarəetmə asanlaşaq.
Sözün qısası, Agentliyin vəzifələri sırasında gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılması, qanunla müəyyən edilmiş hallarda və qaydada məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida zəncirinin bütün mərhələlərində yoxlanmalar aparılması, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilməsi (göstərişlər verilməsi), qanunla müəyyən edilmiş hallarda və qaydada istifadəyə yararsız qida məhsullarının götürülməsi, zərərsizləşdirilməsi, təkrar emalı və ya məhv edilməsi barədə qərar qəbul edilməsi, təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara səbəb ola biləcəyinə əsaslı sübutlar olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarının dövriyyədən çıxarılması və qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görülməsi, ölkəyə idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığının yoxlanması kimi məsələlərinin nə dərəcədə əhəmiyyət daşıdığının izaha ehtiyacı yoxdur. Qalır, Agentliyin necə fəaliyyət göstərəcəyi məsələsi...
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: #Qida-Təhlükəsizliyi