Avropa çempionatlarının ən erkən qolları

Avropa çempionatlarının ən erkən qolları
  11 Noyabr 2013    Oxunub:1435
Geridə qalan Avropa çempionatlarında qeydə alınan ən erkən qolların siyahısı məlum olub.

Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytı mötəbər turnirdə vurulan 6 erkən qolu müəyyənləşdirib.

Siyahıya Rusiya millisinin sabiq futbolçusu Dmitri Kiriçenko başçılıq edir. Təcrübəli futbolçu 2004-cü ildə Portuqaliyada keçirilən Avropa çempionatının qrup mərhələsində Yunanıstanla görüşün 1.07 dəqiqəsində fərqlənməklə tarixə düşüb.

SSRİ yığmasının sabiq üzvü Sergey Aleynikov isə Kiriçenkodan 1 dəqiqə geri qalmaqla siyahıda ikinci olub. Üçlüyü isə 2.14 dəqiqə ilə Çexiya millisinin futbolçusu Petr Jiraçek qapayır.

1. Dmitri Kiriçenko (Rusiya) - 1.07 dəqiqə (Rusiya - Yunanıstan - 2:1), 20/06/2004)

2. Sergey Aleynikov (SSRİ) - 2.07 dəqiqə (İngiltərə - SSRİ - 1:3), 18/06/1988)

3. Petr Jiraçek (Çexiya) - 2.14 dəqiqə (Çexiya - Yunanıstan - 2:1), 12/06/2012)

4. Alan Şirer (İngiltərə) - 2.14 dəqiqə (Almaniya - İngiltərə - 1:1 (penaltilər - 5-6), 26/06/1996)

5. Maykl Ouen (İngiltərə) - 2.25 dəqiqə (Portuqaliya - İngiltərə - 2:2 (penaltilər - 5-6), 24/06/2004)

6. Xristo Stoiçkov (Bolqarıstan) - 2.27 dəqiqə (Bolqarıstan - Rumıniya - 1:0), 13/06/1996)

AzVision.az


Teqlər:





Xəbər lenti