Trampın köməkçiləri Putinə güclü təzyiq tələb edirlər

 Trampın köməkçiləri Putinə güclü təzyiq tələb edirlər
  15 Aprel 2025    Oxunub:865
ABŞ prezidenti Donald Trampın bir neçə yüksək vəzifəli köməkçisi ona Rusiya əleyhinə məsləhətlər verib. Onlar Kreml rəhbərinin Ukraynaya qarşı davam edən dəhşətli müharibəni bitirmək istəyində olmadığını iddia edirlər. Köməkçilər Trampa Putinin sülhdə maraqlı olmasına daha çox şübhə ilə yanaşmağı məsləhət görürlər.
Bu fikirlər "The Wall Street Journal"da (WSJ) dərc olunan məqalədəndir.

Məqalədə qeyd edilib ki, Ağ Ev rəsmiləri Donald Trampa bir neşə sübutlar da təqdim ediblər.
"Ən bariz nümunə kimi isə Rusiya rəhbəri Putinin hələ də döyüşlərin dayandırılmasında real maraq nümayiş etdirməməsi göstərilib",- məqalədə yazılıb.

"Taurus" Kiyevə Krım körpüsünün vurulması üçün verilir - "Financial Times"
Nəşr yazıb ki, dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloq da daxil olmaqla bir qrup köməkçi Ağ Ev rəhbərinə Putinə qarşı daha təmkinli olmağı və Kremlin Ukraynadan ərazi güzəştləri ilə bağlı daimi tələblərinə münasibətdə daha sərt mövqe nümayiş etdirməyi tövsiyə edib.

Bununla belə, Tramp hələ də Putinlə iki görüş keçirmiş xüsusi nümayəndə Uitkofun proseslərə yanaşmasını dəstəkləyir. Uitkof rəsmi Moskvanın müharibəni bitirmək istəyində olduğunu iddia edir.

Müəllif qeyd edib ki, hətta Trampın Moskvaya qarşı daha sərt yanaşmasının tərəfdarı olan müşavirləri belə onun müharibəni bitirmək məqsədlərini dəstəkləyirlər. Lakin Trampın Rusiyanın Sumiyə raket zərbəsi endirməsindən sonra verdiyi açıqlaması prezidentin yüksək səviyyəli məsləhətçilərdən ibarət komandasının üzvləri arasında fikir ayrılıqları yaradıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Ağ-Ev   Ukrayna  





Xəbər lenti