HƏMAS komandirinin öldüyü təsdiqlənib

   HƏMAS komandirinin öldüyü təsdiqlənib
  15 Aprel 2025    Oxunub:787
İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağına aviazərbəsi nəticəsində Fələstinin iranyönümlü HƏMAS qruplaşmasının xüsusi "Nüxbə" qoşunlarının komandiri Həmzə Val Məhəmməd Əsəfə zərərsizləşdirilib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti və daxili təhlükəsizlik xidməti "Şin-Bet" birgə məlumat yayıblar. Bildirilir ki, hadisə təqribən iki həftə qabaq baş versə də, terror başçısının öldüyü bu gün təsdiqlənib.

Məlumata görə, Həmzə Əsəfə 7 oktyabr 2023-cü ildə İsrailə hücumun təşkilatçılarından biridir.
Uşaq bağçasının altında tunel tapılıb - VİDEO

Xatırladaq ki, aprelin 2-də İsrailin müdafiə naziri İsrael Kats orduya Qəzza zolağında hərbi əməliyyatları genişləndirməklə əlaqədar göstəriş verib. Əməliyyatın məqsədi ərazinin HƏMAS terrorçularından və terror infrastrukturundan təmizlənməsidir. Əmrə əsasən, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında son günlər artan hərbi əməliyyatları çərçivəsində HƏMAS-ın bir sıra rəhbər şəxsi aradan götürülüb. Axırıncı hücumların birində qruplaşmanın "Nüxbə" adlı xüsusi qoşununun komandir müavini də öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə   komandir  





Xəbər lenti