Buzovnada ticarət mərkəzi yanıb

Buzovnada ticarət mərkəzi yanıb
  15 Aprel 2025    Oxunub:762
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 2000 m² olan birmərtəbəli ticarət mərkzinin ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik müxtəlif təyinatlı mağazalar ümumilikdə 214 m² sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti