Çin lazer silahları olan qırıcısını təqdim edib - VİDEO

Videodan da aşkar görünür ki, "J-36" təyyarəsinin gövdəsində gizlədilmiş xüsusi silah var. O, lazer şüası ilə düşmən raketlərini vura bilir. Çinin döyüş təyyarələri üçün operativ lazer silahı texnologiyasına sahib olub-olmaması isə hələlik heç kimə bəlli deyil.
Xatırladaq ki, hələ ötən il dekabrın 26-da Çinin "Weibo" sosial şəbəkəsində qeyri-adi, futuristik görünüşlü təyyarələrin videoları peyda olmuşdu. Onlardan biri bulanıq görüntüdə idi və yalnız ümumi siluetləri görməyə imkan verirdi. Digərində isə incə detallar var idi. Çin Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin nümayəndələri bu yeni görüntülü qırıcılarla bağlı videoları şərh etməyiblər. Lakin Qərb analitikləri bunların altıncı nəsil döyüş təyyarələri olduğunu iddia ediblər.
Tural Tağıyev
AzVision.az