“İstəyirsən sənin üçün oxuyum, oynayım..” - Eldəniz Rəsulov

“İstəyirsən sənin üçün oxuyum, oynayım..” - Eldəniz Rəsulov
  24 Dekabr 2013    Oxunub:14724
AzVision.az vaxtı ilə sənətdə olsa da hazırda çox az-az görünən, daha çox arxa planda fəaliyyət göstərən sənət adamları ilə əlaqə saxlayıb, durumları, nə işlə məşğul olmaları ilə maraqlanır, çoxdandır görsənməyən sənət adamlarını yad edir .

Bu dəfə isə aktyor Eldəniz Rəsulovla əlaqə saxlayıb işləri ilə maraqlandıq.



Jurnalistlərə müsahibə verməyi xoşlamadığını deyən əməkdar artist özünəməxsus tərzdə bu xahişimizə də zarafatla cavab verdi: “Sizin üçün istəyirsiniz oxuyum, oynayım, amma məndən müsahibə istəməyin. Özümdən aslı deyil, özüm haqqında danışmağı, müsahibə verməyi xoşlamıram. Hazırda işlərim də çoxdur. Yazıram, dublyajlarda iştirak edirəm. Bir sözlə başım qarşıqıdır, iş çox, vaxt azdır”.



61 yaşlı sənətkarımız jurnalistlərin qarşıdan gələn yeni ilini təbrik etməyi də unutmadı. Özü isə yeni ili vətəndə ailəsi ilə birgə keçirəcəyini dedi.



Qeyd edək ki, Eldəniz Rəsulov 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu şöbəsini bitirib.



1971-ci ildən bədii filmlərə çəkilir: «Sevinc buxtası» (Seyidov), «Babək» (Azin), «Anlamaq istəyirəm» (Zeynal), «Nizami» (Maxan, Bəşir), «Gümüş gölün əfsanəsi» (Fərid), «Şeytan göz qabağında» (Zeynal), «Ovsunçu» (kəndxuda) və s.



Azərbaycan Dövlət Televiziyası və Lider TV-da çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajı prosesində fəal iştirak edir.Dramaturq Qeybulla Rəsulovun oğludur.



2008-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.













Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti