Pullu azərbaycanlılar toylarını İstanbulda edir
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin “KM Events” (toy mərasimlərinin təşkili) şirkətinin sahibi Məltəm Bəyazit Təpələr deyib.
O, həmçinin bildirib ki, dövlət başçıları və sənətçilər toyları və əhəmiyyətli dəvətləri üçün İstanbulu seçirlər.
M.B.Təpələrin sözlərinə görə, Roma Papası XVI-cı Benedikt, Corc Buş, Toni Bleyer, Jak Şirak, Berluskonu, Gerhard Şröder, Əliyev, Kandaliza Rayz kimi insanlar öz əhəmiyyətli dəvətlərini, toy şənliklərini və tədbirlərini İstanbulda təşkil ediblər. Sifarişçilər sırasından Azərbaycanda bəzi dövlət rəsmilərinin, iş adamlarının olduğu qeyd edilib.
“KM Events”in sahibi onu da əlavə edib ki, azərbaycanlılardan başqa, Dubay, Morokko, Ukrayna, Rusiya və Avropanın, eləcə də Hindistanın elit kütləsi toylarını İstanbulda keçirmək istəyirlər.
Qeyd edək ki, Azərbaycanın energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev mügənni Safurə Əlizadə ilə toyunu Türkiyənin Bodrum şəhərində eləmişdi. Bundan əlavə indiyədək bir çox tanınmışlar doğum günləri qardaş ölkədə qeyd edib.
Sevinc İltifatqızı