ANS homoseksual gəncin ailəsini məhkəməyə verir
AzVision.az xəbər verir ki, bu barədə Bakupost.az-a ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov məlumat verib. Onun sözlərinə görə, telekanalın əməkdaşları gəncin dəfn mərasimini işıqlandırmaq istəyiblər.
“Qəbiristanlığın girişində İsa Şahmarlının qohumları bizim çəkiliş qrupunu saxlayıblar. Onlar təkcə bizim komandaya deyil, həm də mərhumun dostlarına qarşı aqressiv olublar. Telekanalın əməkdaşları ümidlərini itirməyərək, İsanın evinə - dəfn mərasiminin keçdiyi yerə qayıdıblar. Burada onlar ölən şəxsin atası ilə qarşılaşıblar. Həmin adam operatorun üstünə hücum çəkərək, kameranı sındırıb. Bu insanın hərəkətləri cəzasız qala bilməz. Sınmış aparata görə o, məhkəmədə cavab verəcək”, - deyə, M.Məmmədov bildirib.