Tehranda xeyriyyə məqsədli bazar təşkil olunub

Tehranda xeyriyyə məqsədli bazar təşkil olunub
  27 Yanvar 2014    Oxunub:1255
Bazarda Azərbaycan satışa çıxardığı öz milli məhsulları ilə iştirak edib.
Tehranın "MiladTower" kompleksində diplomatik qadınlar cəmiyyəti tərəfindən xeyriyyə bazarı təşkil olunub. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, yanvarin 24-də 19 ölkənin iştirak etdiyi xeyriyyə bazarında Azərbaycan satışa çıxardığı öz milli məhsulları ilə - Azərbaycan istehsalı olan xalçalar, Bakı şəhərindən görüntülər, şəkillər və əl işləri ilə iştirak edirdi.

Tədbir boyu ziyarətçilər də Azərbaycanın mədəniyyəti, tarixi və incəsənət numunələrini muşahidə edir və onlar uçun maraqli oldugundan danışırlar.

Ziyarətçi Mərziyyə Rəbani: “Mən dostlarım tərəfindən bu xeyriyyə bazarı ilə tanış oldum, İranın və muxtəlif olkələrin pavilionlarını gordum. Amma Azərbaycanın pavilionu mənim uçun maraqlı oldu. Azərbaycanın mədəniyyət və tarixin bir guşəsi ilə taniş oldum”

Xeyriyyə bazarında İranin muxtəlif qadin cəmiyətləri və fəallari da iştirak edib.

Xeyriyyə bazarında Azərbaycan tərəfindən Azərbaycanın İrandaki Səfirliyinin əməkdaşları, İranda təhsil alan azərbaycanlı tələbələr və gənclər də iştirak edib. Tədbir zamanı toplanan bütün vəsaitlər diplomatik qadinlar cəmiyətinin rəhbərliyi altında xeyriyyə layihələrinə sərf olunacaq.


Teqlər:  





Xəbər lenti