Milət vəkili Polşa Fondunun sədrilə görüşüb

Milət vəkili Polşa Fondunun sədrilə görüşüb
  19 Fevral 2014    Oxunub:1393
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Polşanın Təhsil və İnkişaf üzrə Avropa Fondunun sədri Tomas Przychodzienlə görüşüb.
Bir neçə il öncədə Azərbaycana səfər etdiyini və ötən qısa müddət ərzində sosial, iqtisadi sahədə baş verən dəyişikliklərin onu heyrətləndirdiyini bildirən Fond rəhbəri ölkəmiz haqqında zəngin təəssüratlara malik olduğunu qeyd edib. O, ölkəmizin yalnız iqtisadi cəhətdən inkişafının şahidi olmadıqlarını, eyni zamanda Avropa dəyərlərinə yaxından bağlı olduğunu müşahidə etdiklərini bildirib.

Şuranın dəstəyi ilə həyata keçirdikləri layihənin Azərbaycanın zəngin mədəniyyəti və müasir inkişafı haqqında məlumatların Polşa vətəndaşlarına çatdırılması baxımından fürsət olduğunu deyən Tomas Przychodzien bunun mədəniyyətlərarası dialoqun gücləndirilməsinə böyük təkan verəcəyini vurğulayıb.

Fondun nümayəndələri layihə çərçivəsində Azərbaycanın müxtəlif ərazilərində yerləşən muzeylərdə, mədəniyyət mərkəzlərində, tarixi-mədəni abidələrdə, qaçqın və məcburi köçkün qəsəbələrində, turizm bölgələrində çəkilişlər aparacaq və toplanan şəkillərdən ibarət sərgi təşkil edəcəklər. Sərgi 150 gün ərzində Polşanın 10 böyük şəhərində nümayiş etdiriləcək, eyni zamanda ölkəmiz haqqında Polşanın aparıcı media orqanlarında məqalələr dərc olunacaq.

Azay Quliyev Şuranın fəaliyyətində Azərbaycanın ərazi bütövlüyünün təminatı məsələsinin daima prioritet daşıdığını bildirərək bu istiqamətdə xarici QHT-lərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiklərini bildirib. Şura ilə Fond arasında ikitərəfli münasibətlərin inkişafı haqqında danışan Azay Quliyev sərgi materialları içərisində qaçqın və məcburi köçkünlərin həyatının hərtərəfli işıqlandırılmasının vacibliyini vurğulayıb.


Teqlər:  





Xəbər lenti