Cəzaçəkmə müəssisələrində müşavirə keçirilib
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az –a bildirilib ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçirilən müşavirədə baş idarənin məsul əməkdaşları və müvafiq qurumların rəhbərləri iştirak ediblər.
Müşavirədə çıxış edən nazir müavini qanunçuluğun qorunmasının, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında sabitliyin təmin olunması ilə əlaqədar aparılan profilaktiki işin səmərəliliyinin artırılmasının, eləcə də törədilib cinayətlərin açılmasının təmin olunması məqsədi ilə penitensiar müəssisələrlə digər hüquq-mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Eyni zamanda, penitensiar müəssisələrdə mülki müdafiə işinin təşkili ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində yanğından mühafizənin təmin edilməsi, habelə fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılb.
Müşavirədə müvafiq xidmət sahələrinin məsul əməkdaşlarının, bir sıra cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları rəislərinin çıxışları dinlənilib. Onlara rəhbərlik etdikləri müəssisələrin fəaliyyətində mövcud olan bəzi nöqsanların aradan qaldırılmasına dair tapşırıqlar verilib.
Teqlər: