Lökbatanda kütləvi zəhərlənmənin səbəbi AÇIQLANDI
A.Ağayev mavi yanacağın verilişinin dayandırılmasına da aydınlıq gətirib.: "Birləşmə zamanı müvəqqəti həmin binalara qaz verilişi məhdudlaşdırılıb. Qazın verilişi dayandırılıb sonra verilib. Amma bura hansısa səmt qazının yönəldilməsindən söhbət gedə bilməz. Hərə bir versiya irəli sürür. Hər kəsə aydındır ki, burada hadisənin baş vermə səbəbi adrenat adlı maddənin qazın tərkibinə normadan artıq vurulması ilə bağlıdır".
A. Ağayev Azəriqaz İB-nin qazı SOCAR-ın Qaz İxrac İdarəsindən aldığını söyləyib. Qeyd edək ki,Qaz İxrac İdarəsinin fəaliyyəti Əməliyyat Şirkətləri, "Şahdəniz" və AÇG yataqlarından hasil olunan qazın qəbulu, ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrinin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafi arealının genişləndirilməsindən ibarətdir. İdarədən Movqe.az-a bildiriblər ki, ARDNŞ-nin Qaz İxrac İdarəsi qarşısında qoyduğu vəzifələri həyata keçirərək, Gürcüstana, İran İslam Respublikasına və Rusiya Federasiyasına ixrac olunan, eyni zamanda İran İslam Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına (swap əməliyyatı) təchiz olunan qazın təhlükəsiz və səmərəli ixrac-idxal olunmasını və çatdırılma məntəqələrində təhvil-qəbul əməliyyatlarının aparılmasını təmin etməkdədir. İdarə hal-hazırda ölkədən kənara üç məntəqədən - "Qərb qaz sahəsi"ndən Gürcüstana, "Şimal qaz sahəsi"ndən Rusiya Federasiyasına və swap məqsədi ilə "Cənub qaz sahəsi"ndən İran İslam Respublikasına qaz ixracını, eyni zamanda Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz olunması məqsədi ilə İran İslam Respublikasından "Culfa qaz sahəsi" vasitəsilə qaz idxalını həyata keçirir. AÇG-dən hasil olunan səmt qazı və "Şahdəniz" yatağından qəbul olunan qaz həcmləri Səngəçal Baş Qurğuları qaz sahəsində qəbul olunaraq, dövlətlərarası qaz ölçmə stansiyalarında ixrac olunan ölkələrin nəql sisteminə ötürülür. Qaz ölçmə məntəqələrində həyata keçirilən əməliyyatlar beynəlxalq standartların tələblərinə cavab verən qaz sərf ölçmə cihazları və qazın keyfiyyətinə nəzarəti təmin edən müasir avadanlıqlarla təchiz olunmuş müvafiq laboratoriyalarda aparılır. Qaz İxrac İdarəsi fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun təşkil edilməsi, işin keyfiyyətinin artırılması, texniki sənədlərin təkmilləşdirilməsi və onların dünya standartlarına uyğunlaşdırılmasını nəzərdə tutan İSO 9001:2008 (İdarəetmə sistemi), İSO 14001:2004 (Ətraf mühitin idarəetmə sistemi) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemi) beynəlxalq standartların sertifikatlarına sahibdir. İdarədə yerli və xarici şirkətlərin ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vurmuş yüksək ixtisaslı işçi kollektivi çalışır: " İdarədən abonentlərlə işləmir. Adrenatı qazı Qaz İstismar İdarələri vurur".
"Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə hadisəsinin baş verməsi ilə bağlı araşdırmalar aparılır. Zəhərlənməyə ilkin ehtimal kimi qazın tərkibinə vurulan aderant maddəsinin miqdarının normadan artıq olması göstərilir. Amma hələki hadisə yerində baş verən ölüm faktına da məhz qazdan zəhərlənmənin səbəb olduğu dəqiq məlumat deyil". Bu sözləri Movqe.az-a açıqlamasında Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev dünən gecə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin Vilayət Əsgərov küçəsində 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirərkən söyləyib. Azəriqaz rəsmisi bildirib ki, adernat adlı maddə mavi yanacağın tərkibinə həmişə vurulur: "Qaz qoxusuz olduğundan bu maddə qazın tərkibinə vurulur ki, iyi hiss olunsun. İlkin ehtimallar odur ki, bu maddə normadan artıq vurulduğundan zəhərlənməyə yol açıb. Amma hadisə yerində əhali də xofa düşmüşdü. Hələki araşdırmalar davam edir".
A.Ağayev mavi yanacağın verilişinin dayandırılmasına da aydınlıq gətirib.: "Birləşmə zamanı müvəqqəti həmin binalara qaz verilişi məhdudlaşdırılıb. Qazın verilişi dayandırılıb sonra verilib. Amma bura hansısa səmt qazının yönəldilməsindən söhbət gedə bilməz. Hərə bir versiya irəli sürür. Hər kəsə aydındır ki, burada hadisənin baş vermə səbəbi adrenat adlı maddənin qazın tərkibinə normadan artıq vurulması ilə bağlıdır".
A. Ağayev Azəriqaz İB-nin qazı SOCAR-ın Qaz İxrac İdarəsindən aldığını söyləyib. Qeyd edək ki,Qaz İxrac İdarəsinin fəaliyyəti Əməliyyat Şirkətləri, "Şahdəniz" və AÇG yataqlarından hasil olunan qazın qəbulu, ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrinin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafi arealının genişləndirilməsindən ibarətdir. İdarədən Movqe.az-a bildiriblər ki, ARDNŞ-nin Qaz İxrac İdarəsi qarşısında qoyduğu vəzifələri həyata keçirərək, Gürcüstana, İran İslam Respublikasına və Rusiya Federasiyasına ixrac olunan, eyni zamanda İran İslam Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına (swap əməliyyatı) təchiz olunan qazın təhlükəsiz və səmərəli ixrac-idxal olunmasını və çatdırılma məntəqələrində təhvil-qəbul əməliyyatlarının aparılmasını təmin etməkdədir. İdarə hal-hazırda ölkədən kənara üç məntəqədən - "Qərb qaz sahəsi"ndən Gürcüstana, "Şimal qaz sahəsi"ndən Rusiya Federasiyasına və swap məqsədi ilə "Cənub qaz sahəsi"ndən İran İslam Respublikasına qaz ixracını, eyni zamanda Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz olunması məqsədi ilə İran İslam Respublikasından "Culfa qaz sahəsi" vasitəsilə qaz idxalını həyata keçirir. AÇG-dən hasil olunan səmt qazı və "Şahdəniz" yatağından qəbul olunan qaz həcmləri Səngəçal Baş Qurğuları qaz sahəsində qəbul olunaraq, dövlətlərarası qaz ölçmə stansiyalarında ixrac olunan ölkələrin nəql sisteminə ötürülür. Qaz ölçmə məntəqələrində həyata keçirilən əməliyyatlar beynəlxalq standartların tələblərinə cavab verən qaz sərf ölçmə cihazları və qazın keyfiyyətinə nəzarəti təmin edən müasir avadanlıqlarla təchiz olunmuş müvafiq laboratoriyalarda aparılır. Qaz İxrac İdarəsi fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun təşkil edilməsi, işin keyfiyyətinin artırılması, texniki sənədlərin təkmilləşdirilməsi və onların dünya standartlarına uyğunlaşdırılmasını nəzərdə tutan İSO 9001:2008 (İdarəetmə sistemi), İSO 14001:2004 (Ətraf mühitin idarəetmə sistemi) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemi) beynəlxalq standartların sertifikatlarına sahibdir. İdarədə yerli və xarici şirkətlərin ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vurmuş yüksək ixtisaslı işçi kollektivi çalışır: " İdarədən abonentlərlə işləmir. Adrenatı qazı Qaz İstismar İdarələri vurur. Ola bilər qazın verilişi təkrar bərpa olunduqda adrenat maddəsini yönləndirən krant açıq qalıb. Bu isə zəhərlənməyə səbəb olub".