Yağış və qar yağacaq
Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperatur gecə 0-5°, gündüz 13-18° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur gecə və gündüz 3-6° isti olacaq, axşam 0°-yə yaxınlaşacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntı olacağı gözlənilir. Temperatur gecə 1-6°, gündüz 12-17° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Temperaturun gecə 0-5°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntı olacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur gecə 3-8°, gündüz 12-17° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur gecə 5-7°, gündüz 12-17° isti, dağlarda gecə 1-5°, gündüz 7-12° isti olacaq.