Sirkə turşusu içən şəxs dünyasini dəyişdi

Sirkə turşusu içən şəxs dünyasini dəyişdi
  08 Mart 2014    Oxunub:14844
Yaxınları Zahid Məmmədovun təsadüfən sirkə turşusu içdiyini güman edirlər.
Qax rayonunda ehtiyatsızlıqdan sirkə turşusu (Uksus) içən Qaratala kənd sakini Zahid Məmmədov dünyasını dəyişib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, 60 yaşlı Z.Məmmədov yaşadığı evin həyətindəki təndirxanada sirkə turşusunu içib. Hadisədən xəbər tutan yaxınları Z.Məmmədovu dərhal xəstəxanaya aparsalar da o, yolda dünyasını dəyişib. Həyat yoldaşı və bir qızı ilə yaşayan mərhumun son illərdə mütəmadi olaraq spirtli içki aludəçisi olduğu bildirilir. Yaxınlarının sözlərinə görə, mərhum hər gün içki qəbul edirmiş. Hadisə baş verən gün səhər saatlarında spirtli içki içib. Axşam saatlarında isə yaxınları evdə olarkən həyətlərindəki tikilidə sirkə turşusunu qəbul edib. Yaxınları Z.Məmmədovun təsadüfən sirkə turşusu içdiyini güman edirlər.

Qax rayon Prokurorluğunun müstəntiqi İlqar Səfərov hadisə ilə bağlı cinayət işinin başlandığını deyib. Faktla əlaqədar intihar və ehtiyatsızlığın da ola biləcəyinin araşdırıldığını bildirib.


Teqlər:





Xəbər lenti