Türkiyədə Azərbaycan `mafiyası` ələ keçdi

Türkiyədə Azərbaycan `mafiyası` ələ keçdi
  08 Mart 2014    Oxunub:1404
Türkiyənin İstanbul şəhərində 2 xarici ölkə vətəndaşını qaçıraraq pul tələb edən 4 azərbaycanlı şübhəlidən 3-ü həbs edilib.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsindən verilən məlumata görə, həbs edilən azərbaycanlılar martın 1-də Bayrampaşa küçəsində İran əsilli bir nəfəri, Türkmənistan vətəndaşı olan xanımla qaçırdaraq ailələrindən 10 min dollar pul tələb ediblər.

Polisin apardığı əməliyyat nəticəsində azərbaycanlılardan ibarəy dəstə ələ keçib. Onların kimlikləri isə istintaq sirri olduğundan açıqlanmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti