ANS-in qeydiyyatdan keçməsindən 22 il ötür

ANS-in qeydiyyatdan keçməsindən 22 il ötür
  09 Mart 2014    Oxunub:1169
Düz 22 il əvvəl, Sovet ölkələri arasında ilk özəl, müstəqil telekanal olan ANS qeydiyyat üçün etdiyi müraciətə 1992-ci ilin martın 9-da müsbət cavab alıb.
Bu gün Azərbaycan məkanında, o cümlədən də keçmiş Sovet ölkələri arasında ilk özəl, müstəqil telekanalın qeydiyyatdan keçdiyi gündür. AzVision.az xəbər verir ki, düz 22 il əvvəl ANS qeydiyyat üçün etdiyi müraciətə 1992-ci ilin martın 9-da müsbət cavab alıb. Amma bu günə aparan yollar heç də hamar olmayıb. ANS-in təsisçiləri Vahid, Seyfulla Mustafayevlər və Mirşahin Ağayev hələ 1991-ci ilin noyabr ayından, efirə ilk dəfə çıxandan sonra belə qərar verirlər ki, şirkət regionda ilk müstəqil telekanal kimi rəsmi qeydiyyatdan keçməlidir. Bir sıra rəsmi qurumlarla danışıqlar başlanır. Amma nəinki Azərbaycanda, ümumiyyətlə Sovet İttifaqında müstəqil televiziyanı qeydiyyata almaq mexanizmi olmadığından müxtəlif qurumlardan müxtəlif bəhanələr gəlir.

Ədliyyə Nazirliyi isə ölkədə yeni müstəqil televiziyanın açılması üçün dövlət televiziyasından icazə almağı təklif edib. Beləliklə, 1992-ci il martın 9-da ANS təsisçilərinin müraciətinə müsbət cavab verilir. Fəaliyyətinə “Xəbərçi” ilə başlayan ANS bu gün yeni proqram və verilişləri ilə tamaşaçılarının qarşısındadır.


Teqlər:





Xəbər lenti