“Hərənin öz ulduzu” bölgələri dolaşacaq – FOTOLAR

“Hərənin öz ulduzu” bölgələri dolaşacaq – FOTOLAR
  10 May 2014    Oxunub:2022
Azərbaycan Dövlət Musiqili Teatrı bölgələrə qastrol səfərinə hazırlaşır. Belə ki, teatrın repertuarında olan “Hərənin öz ulduzu”( Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası mayın 21-də Masallı, 22-də isə Biləsuvar şəhərlərində olacaq.
Əsas rollarda respublikanın xalq artisi Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva oynayırlar.

Tamaşaların nümayişi, Masallı şəhərində saat 19:00-da, Biləsuvar şəhərində isə saat 11:00-a təyin edilib.

Qalereya




Teqlər:





Xəbər lenti