Ekoaktivistlər şam ağacının başını qopardılar - VİDEO

Ekoaktivistlər şam ağacının başını qopardılar -   VİDEO
  21 Dekabr 2022    Oxunub:2084
Almaniyada maraqlı hadisə yaşanıb.
“Letzte Generation” qrupunun ekoaktivistləri Brandenburqda quraşdırılmış şam ağacının başını qoparıblar.AzVision.az xəbər verir ki, bu barədə "Berliner Morgenpost" məlumat yayıb.

Qeyd edilir ki, qaldırıcı platformada olan iki qadın 15 metrlik ağacın uc hissəsinə qədər qalxaraq onu əl mişarı ilə kəsib.
Təşkilat bu yolla ekoloji fəlakətlərə diqqəti yönəltmək istədiyini bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ekoaktivist  





Xəbər lenti