İlham Əliyev Abdulla Güllə görüşdü

İlham Əliyev Abdulla Güllə görüşdü
  05 İyun 2014    Oxunub:1209
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində prezident Abdulla Güllə görüşüb.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, görüş Bodrumda “Hilton” otelində baş tutub.

Mətbuatda qapalı keçirilən görüşdə hansı məsələlərin müzakirə edildiyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Türkiyənin Bodrum şəhərində iyunun 4-5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı keçiriləcək. Prezident İlham Əliyev toplantıda iştirak etmək üçün bu gün Türkiyəyə səfərə gedib.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti