“Coca-Cola”-dan N!DA AÇIQLAMASI

“Coca-Cola”-dan N!DA  AÇIQLAMASI
  05 İyun 2014    Oxunub:2721
“Coca-Cola” şirkəti istehsal etdiyi məhsulun üzərində NİDA Vətəndaş Hərəkatının adının yazılması ilə bağlı yaranan qalmaqala rəsmi şəkildə aydınlıq gətirib.
Bu barədə adıçəkilən şirkətdən AzVision.az-ın sorğusuna cavab verilib.

Şirkət “Coca-Cola” ilə paylaş kampaniyasında N!DA-nın adı olan bankanın saxta olduğunu bəyan edib.

Həmin məlumatı təqdim edirik:

«”Coca-Cola” ilə paylaş» kampaniyasında saxta banka şəkli

-“Coca-Cola” şirkəti «”Coca-Cola” ilə paylaş» bayram kampaniyasının “Coca-Cola” butulka və bankalarının etiketlərinin üstündə müəyyən təşkilatlar və maraq qruplarının təbliği məqsədi ilə istifadə olunması haqqında KİV-də dərc olunan son xəbərlərdən məlumatlandırılıb.

Biz vəziyyəti aydınlaşdırıb həqiqəti əks etdirən məlumatı vermək istərdik. «”Coca-Cola” ilə paylaş» kampaniyasında Azərbaycanda keçirilən tədqiqatlara əsasən müəyyənləşdirilmiş yalnız ən məşhur qadın və kişi adları, eləcə də ailə üzvləri və qohumlara aid adlar istifadə olunur. Bu kampaniya şirkətin digər ölkələrdəki təcrübəsinə əsasən həyata keçirilir.

Əgər hər hansı bir insan öz adını “Coca-Cola” bankasının üzərində tapa bilmirsə, o zaman xüsusi köşklərdəki “Coca-Cola” promo-heyətinə öz adını təsdiq edən formanı doldurduqdan sonra həmin adın bankanın üzərində yazılmasını sifariş edə bilər.

Yerli cəmiyyətlərdə reallaşdırdığımız kampaniyaların məqsədi insanları xoşbəxt etmək və məhz onlar üçün həyata keçirdiyimizi nümayiş etdirməkdir. «”Coca-Cola” ilə paylaş» kampaniyası bu mənada şirkətin müştərilərə özəl münasibətinin nümunəsidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti