“JEK”in maşınları yandı

“JEK”in maşınları yandı
  05 İyun 2014    Oxunub:927
Bakı şəhəri, Suraxanı rayonunda Mənzil Komunal Təsərrüfat Birliyinə məxsus qarajda yanğın hadisəsi baş verib.
AzVision.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, qarajda olan "Super Maz" markalı yük avtomobilinin yanar hissələri və yaxınlıqda dayanmış digər "Super Maz" markalı yük avtomobilinin 4 ədəd təkəri yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti