YAP-çı deputat NİDA-dan çıxan gənci alqışladı

YAP-çı deputat NİDA-dan çıxan gənci alqışladı
  05 İyun 2014    Oxunub:979
“NİDA-çı gəncin səhv yoldan çəkilməsini müsbət qiymətləndirirəm. Hər bir insan həyatda yolunu özü seçir. Səhv etməyi də, geri dönməyi də”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.

Həbsdə olan gənc fəal Bəxtiyar Quliyevin prezidentə məktubuna münasibət bildirən YAP rəsmisi onun NİDA-dan uzaqlaşmasını alqışlayıb.

“19 yaşlı gəncin həyat təcrübəsi az olur, dünyaya baxışı formalaşmır. Nəyin qanuna zidd olduğunun fərqində olmur, emosianallığı və bəzəb də yalançı iddiaların altında səhv atdım atmağı mümkündür. Bəzi qüvvələr bundan sui istifadə edir”.

A.Mirzəzadə vurğulayıb ki, müxalifətin toruna düşənlərdən çoxları peşman olublar.

“Mümkündür ki, gələcəkdə onların sayı artacaq. Bu da onu göstərir ki, Azərbaycanda bəzi siyasi qüvvələr hakimiyyətə qarşı mübarizədə gənclərin təcrübəsizliyindən istifadə edir. Azərbaycanda müxalifətçi gənclərin sayı həddən artıq azdır. Amma ora gedənlərin böyük qismi sonradan geri qayıdır və səhv etdiyini başa düşür”.

Qeyd edək ki, NİDA-nın həbsdə olan gənc fəalı Bəxtiyar Quliyev prezident İlham Əliyevə müraciət edərək bağışlanmasını xahiş edi. O, həmçinin üzvü olduğu NİDA hərəkatından çıxdığını bildirib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti