Aİ yayda Çindən idxala yeni tariflər təyin edə bilər

Aİ yayda Çindən idxala yeni tariflər təyin edə bilər
  16 Aprel 2024    Oxunub:868
Avropa İttifaqı iyul ayına qədər Avropaya daxil olan Çin mallarına yeni tariflər tətbiq edə bilər.
Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Agentliyin nəzərdən keçirdiyi Aİ liderlərinin qarşıdan gələn fövqəladə sammitinin yekun layihəsinə əsasən, icma yeni rəqabətqabiliyyətlilik sazişi üzərində işin bir hissəsi kimi Aİ-ni ədalətsiz ticarət təcrübələrindən qorumaq üçün səyləri gücləndirmək niyyətindədir.

Bu kontekstdə Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Merin sözlərini xatırladır, o, daha əvvəl demişdi ki, Avropa ABŞ-ın proteksionizmə doğru irəliləməsi və Çinin nəhəng sənaye gücü fonunda öz iqtisadi maraqlarını müdafiə etməlidir.

Brüssel iyunun sonuna kimi Çin idxalına ilkin tariflər tətbiq edə bilər və yekun tariflərin noyabrda qüvvəyə minməsi gözlənilir. Bu tədbirlər Çinin müəyyən məhsul kateqoriyalarının ixracını subsidiyalaşdırmaq siyasətini kompensasiya etməli olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti