Un niyə bahalaşır? - VİDEO

Un niyə bahalaşır? - VİDEO
  09 İyul 2014    Oxunub:1017
Unun bahalaşması ilə bağlı məsələ gündəmdədir. Çörək zavodunda da cüzi qiymət artımının olduğunu etiraf edirlər. Bu, hələlik çörəyin nə çəkisinə, nə də qiymətinə təsir etməyib.

ANS TV-nin məlumatına görə, ölkəyə idxal olunan unun qiymətində artıq bazarlarda artım müşahidə olunur. Düzdür, bu qiymət artımı cüzidir. Amma yaxın gələcəkdə çörəyin qiymətinə və çəkisinə necə təsir göstərəcəyi hələ ki, sual altındadır.

Ekspertlərin sözlərinə inansaq, yaranmış bu qiymət artımı böyük zavodların işinə təsir etməsə də, xırda işbazlar bu fürsətdən istifadə etməyə çalışacaq. Müşahidə olunan bahalaşma tək bizdən asılı deyil.

Mütəxəssislərin sözlərinə görə, Ukraynada baş qaldıran son hadisələr və Amerikada hökm sürən qulaqlığın da ölkə daxilində qiymət artımına təsir göstərir.

Unun qiymətində bahalaşma avtomatik olaraq tək çörəyin yox, həmçinin digər un məhsullarında da qiymət artımı ilə müşəhidə oluna bilər.

Ümid edək ki, işbazlar çörəyin çəkisinə müdaxilə etməklə, yəni çəkini azaltmaqla qiymət artımından guya üzü ağ çıxmağa çalışmayacaqlar.




Teqlər:





Xəbər lenti