Gideon Saar İsrailin müdafiə naziri olmaqdan imtina edib

Gideon Saar İsrailin müdafiə naziri olmaqdan imtina edib
  22 Sentyabr 2024    Oxunub:318
Ynet: Netanyahu hazırkı müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad etmək niyyətindədir.
"Sağ dövlətçilər" Partiyasının lideri Gideon Saar İsrailin baş nazir Benyamin Netanyahunun müdafiə naziri postunu tutmaq təklifindən imtina etdiyini açıqlayıb. Azvision.az bu barədə "Ynet"ə istinadən xəbər verir.

Saar müxalifətdə qalıb-qalmayacağı ilə bağlı heç bir söz deməyib. O, bu qərarını İsrailin “şimal sərhədində baş verən son hadisələr və onların nəticələri” ilə izah edib:

“Son hadisələri və onların fəsadlarını nəzərə alaraq hökumət başçısına bildirdim ki, indiki vəziyyətdə onun müdafiə naziri vəzifəsini tutmaq təklifindən imtina edirəm. İstəmirəm ki, hərbi əməliyyatlara cavabdeh şəxslər mənim namizədliyimi müzakirə etməklə diqqətlərini yayındırsınlar”.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti