Livan Hayfaya hücum etdi, İsrail şimaldakı məktəblərini bağladı

Livan Hayfaya hücum etdi, İsrail şimaldakı məktəblərini bağladı
  22 Sentyabr 2024    Oxunub:341
İsrail Müdafiə Agentliyi ölkənin şimalında, Livana yaxın ərazilərdə təhsil müəssisələrinin bağlanmasını əmr edib.
AzVision.az İsrail mətbuatına istinadən xəbər verir ki, qərar Livanın Hizbullah qruplaşmasının Hayfa şəhərinə raket hücumundan sonra verilib.

Məlumata görə, Hizbullah Hayfaya 85 raket atıb. Onun əsas hədəfi İsrailin şimalındakı "Rəfael" hərbi sənaye kompleksləri və sərhədə 45 km məsafədə yerləşən hava limanı olub. Hücum nəticəsində 3 nəfər yaralanıb.

Hizbullah hücumun "İsrailin bir müddət əvvəl Livanda törətdiyi peycer partlayışlarına cavab" olduğunu açıqlayıb.

Hizbullahın bu son hücumuna cavab olaraq isə, İsrail hərbi qüvvələri Livana 400-dən çox raket zərbəsi endirib.

Məhəmmədəli Həsənli

AzVision.az



Teqlər:





Xəbər lenti