İranda partlayışda ölənlərin sayı 30-a çatdı

İranda partlayışda ölənlərin sayı 30-a çatdı
  22 Sentyabr 2024    Oxunub:309
İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin Təbəs rayonunda daş-kömür mədənlərindən birində baş verən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə yüksəlib. Onlarla yaralı var. Hazırda xilasetmə işləri davam edir. İçəridə xilas edilməyi gözləyən 20 nəfər var.

Bunu İranın Cənubi Xorasan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Məhəmməd Əli Axundi jurnalistlərə açıqlamasında deyib.

Axundi bildirib ki, metan qazının partlayışı mədənin “B” blokunda qeydə alınıb. Qaz və həmin blokdan təxminən 2 km aralıda yerləşən “C” blokuna da yayılıb.

Mədən 250 metr dərinlikdə yerləşib və uzunluğu 700 metr olub. Qeyd olunan bloklarda 69 nəfər işləyirmiş.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti