TikTok Rusiyanın aparıcı KİV-lərini bloklayıb

TikTok Rusiyanın aparıcı KİV-lərini bloklayıb
  22 Sentyabr 2024    Oxunub:306
TikTok platforması Rusiyanın Sputnik xəbər agentliyinin 37 hesabını və "RT International"ın profilini bloklayıb.
AzVision.az Russia Today (RT) saytına istinadən xəbər verir ki, bloklama ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını genişləndirməsi fonunda baş verib. 

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu sanksiyanı əsassız adlandırıb. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə sosial şəbəkələri Rusiyaya qarşı ayrıseçkilik etməkdə qınayıb.

Qeyd edək ki, Çinin TikTok video paylaşım platforması bir neçə aydır ki, Rusiyaya sanksiyalarla bağlı ABŞ dövlət rəsmilərinin təzyiqlərinə məruz qalıb.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti