Orduda payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir

Orduda payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir
  25 Oktyabr 2024    Oxunub:480
Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.

AzVision.az



Teqlər:





Xəbər lenti