Sumqayıtda suyun verilişində fasilə yaranacaq

Sumqayıtda suyun verilişində fasilə yaranacaq
  26 Oktyabr 2024    Oxunub:425
Bazar ertəsi Sumqayıt şəhərində suyun verilişində fasilə yaranacaq.
AzVision.az report-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d450mm-lik su kəmərində təmir bərpa işləri ilə əlaqədar olaraq oktyabrın 28-də səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi, Qızıl qum, Köhnə Corat qəsəbələrinin bir hissəsi, Bağlar ərazisi və 9-cu mikrorayon ev 72, 73, 74, 75 ünvanlarında suyun dayandırılması nəzərdə tutulub.

AzVision.az



Teqlər:





Xəbər lenti