Azay Quliyev Özbəkistan parlamentinin spikeri ilə görüşüb

Azay Quliyev Özbəkistan parlamentinin spikeri ilə görüşüb
  26 Oktyabr 2024    Oxunub:455
Bu gün ATƏT Parlament Assambleyasının İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri, ATƏT- seçki missiyasının rəhbəri və xüsusi koordinatoru Azay Quliyev Özbəkistan Ali Məclis Senatının (parlamentinin) sədri Tanzilə Narbayeva ilə görüşüb.

Bu barədə ATƏT PA və Özbəkistan parlamenti məlumat yayıb. Xəbərdə deyilir ki, müzakirələr zamanı parlamentlərarası əlaqələrin gücləndirilməsinə diqqət yetirilib və Özbəkistanın ATƏT Parlament Assambleyası çərçivəsində fəaliyyəti, xüsusilə qadınların və gənclərin siyasi həyatda töhfəsi vurğulanıb.


"Biz ATƏT-in xüsusi koordinatoru Azay Quliyevlə Özbəkistanın beynəlxalq standartlara uyğun demokratik islahatlarını, gender bərabərliyini və gənclər siyasəti məsələlərini müzakirə etdik. Özbəkistanın Assambleyada konstruktiv əməkdaşlığın gücləndirilməsində aparıcı rolunu vurğuladıq. Bundan əlavə, qlobal miqrasiya prosesləri kontekstində məşğulluq, vətəndaşların maraqlarının qorunması ilə bağlı mühüm mövzulara toxunduq",- deyə parlament sədrinin açıqlamasında bildirilir .







Teqlər: Özbəkistan   Seçki  





Xəbər lenti