"18 təqaüdçüyə 1 milyon vəsaitin xərclənməsi nəzərdə tutulub"

"18 təqaüdçüyə 1 milyon vəsaitin xərclənməsi nəzərdə tutulub"
  25 Oktyabr 2024    Oxunub:907
“Mədəniyyət və yaradıcı sənayelər (MYS) üzrə xaricdə təqaüd proqramı çərçivəsində il ərzində 15 nəfər, 2026-cı ilin sonunadək isə 60 nəfər tələbənin təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulub".
AzVision.az xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov "Təqaüd Proqramı üzrə Komissiya" tərəfindən seçilən namizədlərin elan olunmasıilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 18 təqaüdçüyə 1 milyon vəsaitin xərclənməsi nəzərdə tutulub:

"Cari ilin 15 avqust – 15 sentyabr tarixlərində 11 ixtisaslaşma istiqaməti – audiovizual (musiqi, kino-animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar üzrə bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edilib".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti