Şirvanda dələduzluq edən şəxs həbs edilib

Şirvanda dələduzluq edən şəxs həbs edilib
  26 Oktyabr 2024    Oxunub:426
Şirvanda dələduzluq edən şəxs saxlanılıb.
Şirvan Şəhər Polis Şöbəsindən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.

Saxlanılan şəxs zərərçəkənlərin etibarından sui-istifadə edərək onlara yüksək məvacibli işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verib. F.Xəlilov ümumilikdə 15000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. F.Xəlilov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

AzVision.az



Teqlər:





Xəbər lenti