Yaşasaydı 47 yaşı olacaqdı...

Yaşasaydı 47 yaşı olacaqdı...
  17 İyul 2014    Oxunub:947
Bu gün qətlə yetirilən jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür.
AzVision.az xəbər verir ki, mərhum sağ olsaydı 47 yaşını qeyd edəcəkdi.

Elmar Hüseynov 1967-ci ildə Bakıda anadan olub. Elmar Hüseynov 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985-1987-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub.

O, jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib.

2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman Monitor jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Cinayəti Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

Ölümündən sonra Azərbaycanda Elmar Hüseynovun adını daşıyan fond yaradılıb. Fonda mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynova rəhbərlik edib. Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarından oğlu Aslanla birgə Norveçdə yaşayır.



Teqlər:  





Xəbər lenti