Adil Mirseyid dünyasını dəyişdi
Xeyli vaxtdır qaraciyər serrozundan əziyyət çəkən şairin müalicəsini Səhiyyə Nazirliyi öz üzərinə götürmüşdü.
Qeyd edək ki, A.Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978).
Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb. Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində işləyib.
"Azərbaycan" və "Ulduz" jurnallarında silsilə şeirləri dərc olunub. "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdir. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb.
Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.
İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir.
Allah rəhmət eləsin