Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb

Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb
  15 Fevral 2025    Oxunub:1109
15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Litva Respublikasının xarici işlər naziri Kestutis Budris ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər: Diplomatiya  





Xəbər lenti