“Qarabağın turizm-rekreasiya potensialı” kitabı nəşr edilib

“Qarabağın turizm-rekreasiya potensialı” kitabı nəşr edilib
  18 Fevral 2025    Oxunub:527
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Qarabağın turizm-rekreasiya potensialı” adlı yeni kitabı Azərbaycan və rus dilində nəşr edilib.
Monoqrafiyanın müəllifləri institutun icraçı direktoru dosent Zaur İmrani və aparıcı elmi işçisi Kəmalə Zeynalovadır.

Monoqrafiya Qarabağın turizm-rekreasiya potensialının (təbii və tarixi-mədəniyyət abidələri timsalında) öyrənilməsinə, onların ərazi daxilində yayılmasına və istifadə imkanlarının müəyyən olunmasına həsr edilib. Kitabda turizm-rekreasiya ehtiyatlarının istifadəsi zamanı yaranan və yarana bilən problemlər araşdırılıb, onların aradan qaldırılması yolları müəyyən edilib.

Coğrafiyaçılar, iqtisadçilar, turizm sahəsində çalışanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan monoqrafiyadan Qarabağın inkişafında, turistlərin regiona cəlb olunmasında, turizm infrastrukturunun genişləndirilməsində, yerli əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında və s. istifadə edilə bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti