100 min körpədən birində yaşanan xəstəlik: Gözsüz doğuldu

   100 min körpədən birində yaşanan xəstəlik:    Gözsüz doğuldu
  24 Fevral 2025    Oxunub:377
İngiltərədə bir qız nadir xəstəlik səbəbindən gözləri olmadan doğulub.
AzVision.az xəbər verir ki, bu barədə LADBible məlumat yayıb.

Bakıda 6 kq çəkidə körpə doğulub
Qeyd edilib ki, Darra Osallivan və onun əri Vins Qrinuey 36 həftəlik hamiləliyin sonunu böyük həsrətlə gözləyirlərmiş. Sonda əkiz qızlar Meyv ilə Orla dünyaya gəlib. Ancaq valideynlərin övlad sahibi olmaq sevinci gözlənilməz bir diaqnozun kölgəsində qalıb: "Həkimlər qızlardan birində yəni Meyvdə nadir bir xəstəlik aşkar ediblər. Bu, ikitərəfli anoftalmiyadır. Anoftalmiya uşağın gözsüz doğulmasıdır ki, bu vəziyyət hər 100.000 körpədən birində yaşanır".

Meyvin həyatının ilk günləri ailə üçün əsl sınağa çevrilib. Darra qeyd edib ki, pediatr qızın açılmayan gözlərinə diqqət yetirməyənə kimi əvvəlcə hər şey normal görünürmüş.

“O, çox balaca olduğu üçün bəbəklərinin olmamasının fərqində deyildik. Ancaq sonda həkimlərin öz aralarında danışıqları zamanı səs tonundan nəyinsə qaydasında getmədiyini başa düşdük”, - britaniyalı qadın deyib.

Balaca qız üçün artıq konformerlər hazırlanır. Bu, göz yuvalarının normal forma və ölçüdə inkişafına kömək edəcək xüsusi plastik əşyalardır. Onlar gələcəkdə protezlə əvəz olunacaqlar. Ailə həm də Meyvin gələcəkdə görmə qabiliyyəti olmadan yaşayacağı bir çətin həyata uyğunlaşması üçün fəal şəkildə hazırlaşır. Valideynlər qızı ilə Brayl şriftini öyrənməyi və onun inkişafının hər mərhələsində övladlarına dəstək olmağı planlaşdırırlar.

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Körpə  





Xəbər lenti