Lavrov: "Bir çox şəhərlər kimi Odessa da ruslar tərəfindən qurulub"

      Lavrov:    "Bir çox şəhərlər kimi Odessa da ruslar tərəfindən qurulub"
  09 Aprel 2025    Oxunub:703
Rusiyanın xarici işlər naziri Sergey Lavrov diqqət çəkən açıqlamalar verib.
O, "TASS Deti" layihəsinə müsahibəsində Odessanın rus “köklərini” xatırladıb.

Lavrov: “Rusiya ilə Ukraynanı sazişdən bir saat ayırırdı”
"Təbii ki, Qərb də bu rejimin (Kiyev-red.) həmin torpaqların tarixinin Rusiyaya aid hissəsinin məhv edilməsi istiqamətindəki hərəkətlərinə göz yumdu. Məhz ruslar - İkinci Yekaterina, knyaz Qriqori Potemkin, bizim digər şanlı əcdadlarımız bu əraziləri inkişaf etdirdilər. Odessanı başqa şəhərləri qurdular, limanlar, fabriklər, zavodlar tikdilər.

Rusiya XİN rəhbəri tarixin Ukrayna xalqının yaddaşından silinməsindən də gileylənib.

“Beləliklə, dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn rejim hər zaman Ukraynadan ölkəmizə birbaşa hərbi təhlükə yaratmaq arzusunda olan Qərb marionetlərinin istəklərinə itaətkarcasına xidmət etmək üçün bütün bu faktları xalqın yaddaşından silmək qərarına gəldi”, - Lavrov deyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Lavrov   Odessa  





Xəbər lenti