Türk dövlətlərin Kosmik Agentlikləri Bakıda toplaşıb

   Türk dövlətlərin Kosmik Agentlikləri Bakıda toplaşıb
  23 Aprel 2025    Oxunub:447
Bu gün Bakıda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Kosmik Agentliklərinin və aidiyyəti qurumlarının rəhbərlərinin 4-cü illik görüşü keçirilir.
AzVision.az xəbər verir ki, strateji toplantı, türk dövlətlərinin kosmik sahədə qarşılıqlı əlaqələrini gücləndirmək, regional innovasiya və elmi-texniki tərəfdaşlığı təşviq etmək məqsədi daşıyır. Əməkdaşlığın mərkəzində ortaq texnologiyaların yaradılması, insan kapitalına yatırımlar və kosmosun dinc məqsədlərlə istifadəsi dayanır.



TDT çərçivəsində möhkəmlənən əməkdaşlıq və Türk dövlətlərinin kosmik sahədəki birliyi müasir dövrdə sadəcə mənəvi bağları deyil, strateji maraqları da əks etdirir. Bu əməkdaşlıq regionun texnoloji müstəqilliyini artırmaqla yanaşı, onun beynəlxalq kosmik gündəmdə daha fəal rol oynamasına şərait yaradır.



Toplantı çərçivəsində birgə CubeSat layihəsi, kosmos sahəsində hüquqi çərçivənin standartlaşdırılması, Virtual Kosmik Akademiyanın yaradılması, GUHEM Kosmos Düşərgəsi və təhsil layihələri, Türk Dünyası təşkilatlarının kosmik agentliklilərinin görüşlərinin mütəmadi təşkili kimi mühüm məsələlər müzakirə edilir.


AzVision.az



Teqlər:





Xəbər lenti